31 oktyabr 2024 at 09:55
Jurnalist kodu: 5564
Xəbər kodu: 85645124
T T
0 Persons
Fransa konsulluğu qarşısında qəzəbli Mərakeş xalqı aksiya keçiriblər + VİDEO

Tehran - İRNA - Kasablanka şəhərinin sakinləri çərşənbə günü gecə Fransa prezidenti Emmanuel Makronun Fələstin müqaviməti ilə bağlı sözlərinə etiraz və qınaq məqsədilə Fransanın bu şəhərdəki konsulluğu qarşısında aksiya keçiriblər.

Bu aksiya Mərakeş hərbi qüvvələri tərəfindən yatırılıb.

Fransa prezidenti çərşənbə günü Mərakeş parlamentində etdiyi nifrət dolu çıxışında Fələstin müqavimət qruplarını vəhşi adlandırıb.

Makron sionist rejimin Qəzza zolağında törətdiyi cinayətləri özünümüdafiə kimi qiymətləndirib və onu müdafiə edib.

Xəbər mənbələri ötən cümə gecəsi xəbər vermişdilər ki, Mərakeş xalqı etiraz aksiyaları keçirərək sionist rejimin Qəzzə xalqına qarşı cinayətlərini pisləyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .