Sionist mənbələr Yuxarı Qaliley və Hayfada həyəcan siqnalı çaldığını və Livandan işğal olunmuş ərazilərə 15 raket atıldığını bildirir.
Əl-Məyadin müxbiri, Livan ərazisindən Hayfanın şimalındakı "Kryot" və Safad yaxınlığındakı "İlit Heşaher" ərazilərinə ardıcıl raket hücumlarının həyata keçirildiyini qeyd edib.
Müxbirin sözlərinə görə, Livanın İslam müqaviməti işğalçı qüvvələri geri çəkilməyə məcbur edib və bu qüvvələr Əl-Xiyam sərhəd bölgəsinin şərq və cənub-şərq bölgələrinə yönəlib.
Sizin rəyiniz