2 noyabr 2024 at 17:01
Jurnalist kodu: 5561
Xəbər kodu: 85647377
T T
0 Persons
Qəzzədə Əl-Avdə xəstəxanası bağlanmaq ərəfəsindədir; təkcə bir ümumi cərrah, yanacaqsız, dərmansız

Tehran - İRNA - Qəzzə zolağının şimalındakı "Əl-Avdə" xəstəxanasının rəhbəri yaralananların sayının çox olması səbəbindən tibb işçilərinin üzərinə düşən ağırlığın artdığını bəyan edib, dərman qıtlığı və cərrah çatışmamazlığı ilə bağlı xəbərdarlıq edərək deyib: “Bu xəstəxanada yanacaq olmadığından sabaha (bazar gününə) qədər həyati xidmətlər dayandırılacaq.”

Qəzzənin şimalındakı Əl-Avdə xəstəxanasının rəhbəri Məhəmməd Salehə tibb işçilərinin bir ümumi cərrah və çox məhdud imkanlarla xidmət göstərdiyini bildirərək, xəbərdarlıq edib ki, elektrik cihazlarından istifadə etmək və generatorları işə salmaq üçün lazım olan yanacaq sabah bitəcək və xəstəxanada həyati xidmətlər dayanacaq.

Salehə deyib: “Təcili əməliyyat tələb edən xəsarətlərin artdığı bir vaxtda Əl-Avdə xəstəxanası Qəzzənin şimalında ümumi cərrahı olan yeganə xəstəxanadır.”

“Xəstəxanaya daxil olan yaralıların 70%-dən çoxunun əməliyyata ehtiyacı olub və biz yalnız bir cərrahla işləyirik”- deyə, o, əlavə edib.

Əl-Avdə xəstəxanasının rəhbəri sionist rejimin hücumlarına toxunaraq deyib: “Xəstəxana daim İsrailin hücumlarına məruz qalır. Bu da həm işi əngəlləyir, həm də həkim qruplarının və yaralıların həyatını təhlükə altına alır.”

Salehə xəstəxanada dərman və tibbi avadanlıqların çatışmazlığına işarə edərək deyib: “Yaralıların sayı çox olduğundan tibb işçiləri üzərində ağırlıq artır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .