3 noyabr 2024 at 14:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85648386
T T
0 Persons

Lavrov: BRİKS alternativ ödəniş sistemləri layihələndirir

3 noyabr 2024 at 14:43
Xəbər kodu: 85648386
Lavrov: BRİKS alternativ ödəniş sistemləri layihələndirir

Tehran - İRNA - Rusiyanın Xarici İşlər naziri beynəlxalq BRİKS telekanalına müsahibəsində bildirib ki, BRİKS ölkələri dolları əvəz edəcək təhlükəsiz ödəniş sistemləri hazırlayır.

Sergey Lavrov vurğulayıb ki, dollarizasiya və təhlükəsiz ödəniş sisteminin yaradılması məsələsi Kazan sammitində və Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankının iclaslarında müzakirə olunub və gündəmdədir.

“Bu planın layihəsi hazırlanıb, lakin hələ yekunlaşdırılmayıb. Bununla belə, bu layihə həm də etibarlı, sabit və uzunmüddətli sistemlər yaratmağa imkan verir”- deyə, Lavrov əlavə edib.

O deyib: “ABŞ dollarının qlobal iqtisadiyyatda getdikcə daha çox hücum silahı kimi istifadə olunduğuna diqqət etməklə, ABŞ-ın öz qlobal hegemonluğunu saxlamaq üçün hərəkətləri qarşısında iqtisadi təhlükəsizliyi təmin etmək üçün paralel sistem lazımdır.”

Sizin rəyiniz

You are replying to: .