3 noyabr 2024 at 22:02
Jurnalist kodu: 5561
Xəbər kodu: 85648716
T T
0 Persons
Pezeşkiyan: İran sülh və sabitliyə, sionist rejim isə böhran və müharibənin şiddətlənməsinə çalışır

Tehran - İRNA - Prezident Amerika və Avropa ölkələrinin regionda yaranmış böhrana qarşı ikiüzlü yanaşmasını tənqid edərək deyib: “Bu gün regionun bütün ölkələri buna inanıb və əmin olublar ki, İran İslam Respublikası sülh və sabitliyin bərqərar olmasına, sionist rejim isə regionda böhran və müharibənin şiddətlənməsinə çalışır.”

Məsud Pezeşkiyan 3 noyabr bazar günü hökumət heyətinin günortadan sonra keçirdiyi iclasında deyib: “Biz heç vaxt müharibəyə başlamamışıq və heç bir ölkəyə müharibə etməyi tövsiyə etməmişik. Dünyanın müxtəlif yerlərində, o cümlədən bizim regionda həmişə müharibələrə başlayan Amerika olub. Bu gün də sionist rejimə dəstək verməklə bölgədə müharibə alovlandırılıb.”

Prezident sonra deyib: “Hökumətimizin işinin ilk günündə şəhid Həniyyəni terror etməklə müharibəyə başlamaq istəyən sionist rejim oldu, hətta bəzi ölkələrin məsləhəti ilə və atəşkəs bərqərar olunması, günahsız qadın və uşaqların qətlə yetirilməsinin dayandırılması ümidi ilə bizim təmkin göstərməyimizə baxmayaraq, sionist rejim öz cinayətlərini daha da gücləndirdi, təcavüz və cinayətkarlığının əhatə dairəsini Livana qədər genişləndirdi.”

Dövlət başçısı bildirib: “Bu gün regionun bütün ölkələri buna inanıb və əmin olublar ki, İran İslam Respublikası regionda sülh və sabitliyin bərqərar olmasına çalışır, Amerika və Qərb ölkələrinin dəstəyi ilə böhranın və müharibənin şiddətlənməsinə can atan isə sionist rejimdir.”

Prezident əlavə edib: “Onlar yaxşı bilirlər ki, İran İslam Respublikasına qarşı hər hansı səhvə yol versələr, sərt cavab alacaqlar. Ancaq davranışlarına yenidən baxsalar, atəşkəsi qəbul etsələr, bölgənin məzlum və günahsız insanlarını qətlə yetirməyə son qoysalar, bu, cavabımızın növünə və şiddətinə təsir edə bilər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .