General-mayor Məhəmməd Pakpur bazar ertəsi Zahidanda keçirilən tayfa başçılarının toplantısında deyib: “Ölkənin cənub-şərq bölgəsində baş verən terror aktları təsadüfi olmayıb və düşmən xidmətlərinin rəhbərliyi altında həyata keçirilib.”
General-mayor Pakpur əlavə edib: “Düşmənin muzdlu terrorçularının ölkənin cənub-şərq bölgəsindəki hərəkətləri sionist cinayətkar rejimlə bağlıdır. Bu rejim hər vaxt hərəkətlənirsə, onların muzdluları da cənub-şərqdə əziz xalqımıza qarşı terror aktı həyata keçirirlər.”
SEPAH Quru Qoşunlarının komandanı əlavə edib: “General şəhid Zahidinin Suriyada şəhadəti, Doğru Vəd əməliyyatı, sionist rejimin ölkəmizə qarşı əməliyyatı və... hadisələrlə eyni zamanda muzdlu terrorçular əməliyyatlar icra ediblər, bu məsələ heç də təsadüfi deyil.”
O vurğulayıb: “Bizim dəqiq məlumatımız var ki, düşmənin xüsusi xidmət orqanları regionun bəzi ölkələrində müxtəlif görüşlər keçirərək regionda sabitliyi pozmaq üçün terrorçu qruplaşmalara tapşırıq veriblər.”
Bölgə ölkələrində kəşfiyyat xidmətlərinin İrana qarşı keçirdiyi görüşlər barədə dəqiq məlumatımız var
4 noyabr 2024 at 14:52
Xəbər kodu:
85649474
Zahidan - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı deyib: “Dəqiq məlumatımız vardır ki, düşmənin xüsusi xidmət orqanları regionun bəzi ölkələrində müxtəlif görüşlər keçirərək regionda sabitliyi pozmaq üçün terrorçu qruplaşmalara tapşırıq veriblər.”
Sizin rəyiniz