İranın diplomatik xidmətinin rəhbəri vurğulayıb ki, Tehran sionist rejimdən fərqli olaraq heç vaxt gərginliyi artırmaq istəmir, lakin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünü müdafiə etmək hüququna malikdir və İranın müəyyən etdiyi zaman və vəziyyətə uyğun olaraq, sionist rejimin bu təcavüzünə cavab verəcəyik.
İranın xarici işlər naziri Pakistan dövlət xadimlərinin sionist rejimin təcavüzü qarşısındakı mövqelərini yüksək qiymətləndirərək deyib: Biz Pakistanın baş nazirinin İsrailin təcavüz cinayətinə qarşı açıq və aydın mövqeyini yüksək qiymətləndiririk.
Pakistanın baş nazirinin müavini və xarici işlər naziri sionist rejimin İran İslam Respublikasına qarşı təcavüzkar cinayətini pisləməklə, Tehran və İslamabadın İsrailin işğal olunmuş ərazilərdəki qeyri-qanuni hərəkətlərinə qarşı sərt mövqeləri olduğunu vurğuladı.
Senator Məhəmməd İshaq Dar xatırlatdı: Biz Tehranın İslamabadın BRİKS təşkilatına üzvlüyünə verdiyi dəstəyi yüksək qiymətləndiririk.
O, ölkəmizin xarici işlər nazirinin Pakistana səfərini yüksək qiymətləndirərək, qarşılıqlı əlaqələrin, xüsusilə regional və beynəlxalq forumlarda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Senator İshaq Dar İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri və onun Yaxın Şərq regionunda dağıdıcı nəticələrini pisləyərək əlavə edib: Pakistan bir daha İsrailin təcavüzünü, xüsusilə də İran İslam Respublikasına qarşı son hücumunu qətiyyətlə pisləyir.
O, vurğulayıb: İsrail bu təcavüzü ilə beynəlxalq qanunları, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə pozmuşdur.
Sizin rəyiniz