Livan Hizbullahı həmçinin yaydığı bəyanatda işğal olunmuş Fələstinin şimalında sionist köçkünlər məskunlaşmış bir neçə qəsəbəni raket atəşinə tutub.
Hizbullah vurğulayıb: “Məalut Tərşiha, Nahariya şəhərlərini və Hayfanın şimalındakı Əl-Karyot bölgəsini hədəf aldıq.”
Sionist rejimin daxili cəbhəsi xəbər verib ki, Livandan işğal olunmuş Fələstinə atılan raketlərin müşahidəsindən sonra Yuxarı Əl-Cəlildəki Ayun Menahem kəndi və Kəfr Zetim qəsəbəsində həyəcan siqnalı verilib.
Həmçinin işğal altındakı Fələstinin şimalında Tiberiya gölü yaxınlığında təhlükə sireninin səsi eşidilib.
Sizin rəyiniz