Ərəbistan Vəliəhdi: Qəzzəyə, Livana və İrana edilən hücumları pisləyirik

Tehran - İRNA - Səudiyyə Ərəbistanının paytaxtında İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının ikinci fövqəladə iclası başlayıb. İclasın açılışında bu ölkənin Vəliəhdi sionist rejimin Qəzzə, Livan və İrana təcavüzkar hücumlarını pisləyib.

Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman iclasda deyib: “Bu iclas Qəzzə və Livana təcavüzü müzakirə edən əvvəlki sammitin davamıdır.”
O, deyib: “Səudiyyə Ərəbistanı bu təcavüzü pisləyir, onu rədd edir və Fələstin xalqının tam hüquqlarını əldə etməsini dəstəkləyir.”
“Biz bir daha İsrailin Qəzzə zolağında törətdiyi soyqırıma qəti etirazımızı vurğulayırıq” - deyə, Bin Salman əlavə edib.
Vəliəhd həmçinin deyib: “Biz Fələstin ərazilərində UNRWA xidmətlərinin qarşısının alınmasını və humanitar təşkilatların fəaliyyətinə mane olmağı pisləyirik.”
Bin Salman çıxışının davamında deyib: “Biz Livan torpaqlarını hədəf alan hərbi əməliyyatı pisləyir və Livanın suverenliyinin pozulmasına qarşıyıq.”
Vəliəhd deyib: “Biz İsrailin İran torpaqlarına hücumlarını da pisləyirik.”
Ərəb Liqasının Baş katibi Əhməd Əbul Qayt da bu iclasda deyib: “İnsanların Fələstində yaşadıqlarını ifadə etməyə söz yetmir. İşğalçıların etdikləri regionda birgəyaşayışın və sülhün gələcəyini məhv etməkdir.”
“İndi lazım olan Livanda atəşkəsin yaradılmasıdır” - deyə, o, vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının ikinci fövqəladə iclası bazar ertəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 50-dən çox ölkənin rəsmilərinin iştirakı ilə başlayıb.
Bu iclas İranın təklifi və ölkəmizin Xarici İşlər naziri Abbas Əraqçinin məsələni izləməsi ilə keçirilib.
Ərəb və İslam ölkələrinin liderləri, rəsmiləri və nümayəndələri, o cümlədən Qırğızıstan Prezidenti, Məğribin Baş naziri, Somali Prezidenti, Çad Prezidenti, Yəmən Prezident Şurasının sədri, Əlcəzair Prezidenti, Qvineyanın Xarici İşlər naziri, Fələstin Muxtar Hökumətinin Prezidenti, Qətər Əmiri, Mavritaniya Prezidenti, Pakistanın Baş naziri, Tunis Prezidenti, Malayziyanın Baş naziri, Tacikistan Prezidenti, Maldiv Prezidenti, Liviya Prezident Şurasının sədri, İordaniya Kralı, Küveytin Vəliəhdi, BƏƏ-nin vitse-prezidenti, Suriya Prezidenti, İraqın Baş naziri, Sudan Keçid Şurasının rəhbəri və Sudan Prezidenti bu iclasda iştirak edirlər.

۱۷:۴۰

Sizin rəyiniz

You are replying to: .