12 noyabr 2024 at 16:55
Jurnalist kodu: 5564
Xəbər kodu: 85657657
T T
0 Persons
Türkiyə Azərbaycan Respublikası neftinin sionist rejimə göndərməsini dayandırmalıdır

Tehran - İRNA - Türkiyənin "Qüds TV" telekanalının direktoru Azərbaycan Respublikasından Türkiyə vasitəsilə sionist rejimə neft göndərilməsinin dayandırılmasının vacibliyini vurğulayaraq deyib ki, İslam ölkələri bu rejimə qarşı birgə hərəkət etməlidir.

Nurəddin Şirin çərşənbə axşamı İRNA-nın beynəlxalq məsələlər üzrə qrupunun müxbiri ilə eksklüziv müsahibəsində bu həftənin şənbə günü keçirilən "Nəsrullah Məktəbi" beynəlxalq konfransına işarə edərək deyib ki, İran İslam Respublikasının evsahibliyi etdiyi bu konfransda Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və Prezidentin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərifin iştirakı və çıxışı İran İslam Respublikasının axıra qədər Seyid Həsən Nəsrullahın yolu və məktəbinin yanında olduğuna dair açıq mesajı verirdi.

"Qüds TV" direktoru əlavə edib: “İranın düşmənlərinin İranın daxili siyasəti sahəsində illüziyaları var idi ki, “Həsən Nəsrullah Məktəbi” konfransı onların hamısını məhv edə bildi. Bu konfrans bir daha göstərdi ki, İran İslam Respublikasında hökumət dəyişməsi bu ölkənin fundamental mövqelərində, o cümlədən Fələstin və müqavimət məsələsində heç bir fərq yaratmır və İranın sionist rejimlə qarşıdurmada heç bir şübhəsi yoxdur.”

Sionist rejim üçün Qəzzəyə qarşı müharibə mövcudluq savaşıdır

Nuruddin Şirin “sizcə, sionist rejim ötən 400 gün ərzində Qəzzə müharibəsində öz məqsədlərinə nail olubmu?” sualına cavab olaraq deyib: “Sionist rejim səlahiyyətlilərinin açıqlamalarına müraciət etdikdə görürük ki, onların hamısının bu müharibə haqqında ümumi tərifi var və bunu sionist rejimin qondarma varlığının davamı ilə birbaşa əlaqəli olan ekzistensial müharibə hesab edirlər.”

“Qüds TV”-nin direktoru sionist rejimin qondarma quruluşundan bəri belə bir zərbə görmədiyini vurğulayaraq əlavə edib ki, bu rejim Əl-Əqsa Tufanı əməliyyatı və müqavimət hücumlarının onun başına gətirdiyi vəziyyətdən dəli olduğu üçün günahsız insanları geniş şəkildə qətliam etməyə başladı. Sionist rejimin baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-dən bəri müəyyən etdiyi hədəflərə zərrə qədər də yaxınlaşmayıb. 

“Doğru Vəd 2” İranın iradəsini və gücünü göstərdi

Qüds TV-nin direktoru müsahibəsinin davamında deyib: “İran İslam Respublikası “Doğru Vəd 2” əməliyyatında raket zərbələri endirərək nəzərdə tutulmuş bütün hədəfləri vurmağı bacardı. İranın sionist rejimə qarşı əməliyyatında təkcə bu rejimin müdafiə sistemi deyil, həm də onunla müttəfiq ölkələrin, o cümlədən ABŞ, İngiltərə, Almaniya və bir çox başqa ölkələrin müdafiə sistemləri İranın atdığı raketlərin zərərsizləşdirilməsində heç bir uğur əldə edə bilmədi.” 

Türkiyə Fələstin məsələsində üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir

Qüds TV-nin direktoru müsahibəsinin digər hissəsində deyib: “Mən Azərbaycan Respublikasının Türkiyə vasitəsilə sionist rejimə göndərdiyi neftə işarə edirəm. Neft nəqli mümkün qədər tez dayandırılmalıdır. Ola bilər, desinlər ki, beynəlxalq öhdəliklər və sazişlər neft daşınmasının dayandırılmasının qarşısını alır. Lakin bu məqbul bir bəhanə deyil. Mövcud vəziyyət nə olursa olsun, tarixdə misli görünməmiş soyqırımın baş verdiyi bir şəraitdə heç bir İslam ölkəsi bu cür hərəkətlərə göz yuma bilməz.”

Nurəddin Şirin deyib: “Sionist rejimə neft göndərmək və bu logistik dəstək böyük biabırçılıqdır. Biz Türkiyə müsəlmanları bunu bağışlanmaz biabırçılıq hesab edirik. Müharibə elə bu gün bitsə belə, biz bunu nə bağışlayacağıq, nə də unudacağıq.”

Media rəhbəri deyib: “İslam ölkələrinin tarixində bir çox biabırçı və rüsvayçı hadisələri qeyd etmək olar. Məsələn, sionist rejimlə münasibətləri normallaşdırmaq, bu rejimlə işgüzar əlaqələr qurmaq və s. Amma soyqırımın qızğın çağında ona gündəlik neft göndərmək bu biabırçılıqların ən böyüyü və ən bağışlanmazıdır.”

“Türkiyə rəsmiləri sionist rejimlə ticarət əlaqələrini dayandırdıqlarını elan etdikləri kimi Azərbaycan Respublikasından neftin bu rejimə göndərilməsinin qarşısını aldıqlarını da ən qısa zamanda elan etməlidirlər” - deyə, Qüds TV direktoru vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .