General-mayor Qulamrza Süleymani çərşənbə günü Buşehr əyalətinin bəsicilərinin “Beytul-Müqəddəsə qədər” 30.000 nəfərlik təlimində deyib: “İşğal olunmuş ərazilərdə təhlükə siqnalı verilməsi ilə sionist qaçqınların sayına 1-2 milyon nəfər əlavə olunur.”
O, bildirib: “İddia edilən dəmir qübbə “Doğru Vəd 1” və “Doğru Vəd 2” əməliyyatlarında sıradan çıxdı və müqavimət raketləri gündəlik olaraq işğal olunmuş əraziləri hədəfə alır.”
General-mayor Süleymani sionist rejimin eniş yolunda olduğunu və son qalibin Hizbullah və müqavimət cəbhəsinin olduğunu vurğulayaraq deyib: “Sionist rejim müqavimət cəbhəsi qarşısında məğlubiyyətə düçar olub və qısa bir ömrü qalıb.”
Amerikanın sionist rejimə hərtərəfli dəstək verdiyini bəyan edən Süleymani qeyd edib ki, sionist rejim iqtisadi cəhətdən çöküb, çünki bu rejimin turizm mərkəzləri və layihələri, limanları, fabrikləri bağlanıb.
Sizin rəyiniz