Məsud Pezeşkiyan 20 noyabr çərşənbə günü axşam saatlarında Suriyanın Xarici İşlər naziri Bəssam Səbbaq ilə görüşündə iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrin fövqündə, dini, mədəni və tarixi ortaqlıqlara əsaslanan qarşılıqlı əlaqələr adlandıraraq deyib: “İran İslam Respublikası dost və qardaş Suriya ölkəsi ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlıdır.”
Prezident əlavə edib: “İran dostlarını dəstəkləməkdən əl çəkməyəcək. İnanırıq ki, İslam ölkələrinin birliyi və əməkdaşlığı bütün müsəlmanlara tərəqqi və mükəmməlliyi töhfə verə bilər.”
Suriyanın Xarici İşlər naziri Bəssam Səbbaq da bu görüşdə İran İslam Respublikasının Suriya hökuməti və xalqına verdiyi dəstəyə görə minnətdarlığını bildirərək deyib: “İki ölkənin, xüsusən də regionun siyasi coğrafiyasının dəyişdirilməsi ilə bağlı Amerika-sionist layihəsinə qarşı ortaq çağırışları var. Müqavimət bu planla mübarizə aparmağın ən təsirli yoludur. İnanırıq ki, bu sahədə istənilən zəiflik, süstlük və geri çəkilmə bizi zəiflədəcək.”
Sizin rəyiniz