HƏMAS-ın hərbi qanadı bəyanat yayaraq, sionist rejim ordusunun “Raim” hərbi bazasını dəqiqliklə vurduğunu açıqlayıb.
Şəhid İzzəddin əl-Qəssam batalyonları hücumun qısa mənzilli Rucum raketləri ilə həyata keçirildiyini bəyan edib.
Sionist rejimin Raim hərbi bazası Qəzzə üzrə xüsusi qüvvələrinin qərargahı kimi tanınır; sionist rejim ordusunun bütün hərbi birləşmələrindən ibarət böyük hərbi qüvvə olaraq, əsas vəzifəsi Misirlə Rəfəhin şərqindən işğal olunmuş ərazilər daxilində Zeykim qəsəbəsinə qədər bütün sərhədlərin təhlükəsizliyini təmin etməkdir.
Bu hücum Qəzzə zolağına hücumların 444-cü günə daxil olduğu və sionist rejim ordusunun bu bölgədə müqavimətin hərbi gücünü məhv etmək iddiasında olduğu bir vaxtda həyata keçirilib.
Sizin rəyiniz