Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Beqai X sosial şəbəkəsində yazıb: “İran İslam Respublikası Venesuelanın daxili işlərinə hər hansı xarici müdaxiləni beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə zidd, bu ölkədə sabitlik və sülhü pozan bir hərəkət kimi qiymətləndirir.
ABŞ və onun bəzi müttəfiqlərinin Venesuelanın daxili işlərinə– paralel hökumətin müəyyən edilməsi ilə 2019-cu ilin zərərli və bölücü müdaxilələrini xatırladan– qeyri-qanuni müdaxilələrini pisləməklə yanaşı, bu ölkənin seçilmiş və qanuni Prezidenti Nikolas Maduronu dəstəkləyir, Venesuela hökumətinin və xalqının ABŞ-ın qeyri-qanuni sanksiyaları və əsassız təzyiqləri nəticəsində yaranan problemləri aradan qaldırmasını alqışlayırıq.”
Sizin rəyiniz