“Əl-Ərəbi” telekanalına müsahibəsində Livan Hizbullah Hərəkatının Siyasi Şurasının sədr müavini Mahmud Qəmati bu gün Təl-Əvivə edilən hücumların Beyrutun bombalanmasına qarşı Təl-Əvivin bombalanması tənliyinin həyata keçirilməsi olduğuna diqqət çəkərək deyib: “Müqavimət heç vaxt düşmənin Livan torpağının heç bir yerində yerləşməsinə imkan verməyəcək.”
“İsrailin baş naziri Benyamin Netanyahu heç vaxt müharibə atəşi ilə öz şərtlərini qoya bilməz və bugünkü hücumlar buna sübutdur” - deyə, Qəmati vurğulayıb.
O, atəşkəs danışıqları prosesi ilə bağlı da bildirib: “Hazırda razılaşmanın icra mexanizmi ilə bağlı danışıqlar aparılır. Biz razılaşma ilə bağlı çox da nikbin deyilik. Çünki Amerika Livana qarşı təcavüzün tərəflərindən biridir.”
Hizbullah rəsmisi deyib: “Biz İsrailə Livanın suverenliyinə zərər vermək səlahiyyəti verən heç bir bəndi qəbul etmirik. Netanyahu hərbi üstünlüyə nail olmaq və ya qondarma reallıqlar tətbiq etmək məqsədi ilə vaxt itirir.”
Sizin rəyiniz