Ayətullah Amili deyib: “Bu həftə iftixarla və şövqlə əziz İranın üç tarixi adasında oldum. Nadir şahdan sonra Fars körfəzinin adaları xoş gün görmədilər. Qacar və Pəhləvi dövründə qoca müstəmləkəçi İranın altı adasını asanlıqla ələ keçirdi. Tərk etmək məcburiyyətində qaldığı gün, ilk mərhələdə Sirri adası, ikinci mərhələdə isə üç ada tarixi vətənin ağuşuna qayıtdı.”
Ərdəbil imam cüməsi sonra deyib: Şahlıq hökuməti təəssüf və çox-çox təəssüf ki, iki kiçik ada “Zirkuh” və “Aryana”nı tək buraxdı. BƏƏ-lilər o iki adanı sahibsiz görəndə asanlıqla ələ keçirdilər. Əvvəlcə bu iki kiçik adada balıq tuturdular, amma neft əsri gələndən və neft kəşf edildikdən sonra nə qədər qiymətli cəvahirə sahib olduqlarını anladılar.”
“Bu iki ada neft və qazla doludur. İndi də BƏƏ-nin neft və qazının böyük bir hissəsi bu iki adadan təmin edilir. Onlar bu iki kiçik adanın böyük dəyərini anlayanda, adaların adını dərhal dəyişdirdilər ki, onlarda İran izi görünməsin” - deyə, imam cümə əlavə edib.Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi deyib: “Əhəmiyyətli olan budur ki, BƏƏ-nin hələ də həmin adalara sahib olduğuna dair heç bir sübutu yoxdur, üstəlik, İngiltərə Xarici İşlər Nazirliyinin Nəsirəddin Şahın xahişi ilə dərc etdiyi Fars körfəzi xəritəsində bu adalar İran suları daxilində yerləşirlər. Bu, Pəhləvinin böyük xəyanətlərindən biridir. Bu, yüzlərlə başqa xəyanətlər kimi İran xalqının heç vaxt unutmayacağı və bağışlamayacağı bir cinayətdir.”
Bu xəbərin oxumaq və eşitmək ölkənin hər yerindən hər bir iranlı təəssübkeşin vətənə həssaslığının və reaksiyasının dərinliyini göstərir, insanın qəlbi yar və diyar sevgisi ilə İranın ətrafına, guşələrinə pərvaz edir. İki adamıza görə təəssüf və həsrətimizə baxmayaraq, BƏƏ-nin əlinin boş olduğunu, bu iki ada üzrəində sahibliyinə dair heç bir sübutunun olmamasını ifşa etmək arzu olunan nailiyyətdir.
Ərdəbil - İRNA - İranın coğrafi yüksəliş və enişləri var, amma şan-şöhrəti və izzəti olan bu genişlik bir bədən və bir ruhdur, bədəninin bir üzvü ağrıyanda ölkənin hər yeri onunla həmdərd olur, hətta ölkənin şimalındakı Ərdəbil də cənubdakı üç adaya sevgisi üzündən dözümünü itirir.
Sizin rəyiniz