25 noyabr 2024 at 21:28
Jurnalist kodu: 5564
Xəbər kodu: 85670917
T T
0 Persons
Əraqçi Qəzzədə cinayət və qətllərin adiləşməsi ilə bağlı xəbərdarlıq edib

Tehran - İRNA - İran İslam Respublikasının diplomatik qurumunun rəhbəri BMT Nizamnaməsinə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında işğal olunmuş Fələstindəki vəziyyət, cinayət və qətllərin adiləşməsi ilə bağlı xəbərdarlıq edib.

İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi bu gün bazar ertəsi, 25 noyabr işğal olunmuş Fələstində humanitar vəziyyəti müzakirə etmək və Qərbi Asiya regionunda baş verən son hadisələrlə bağlı ölkəmizin mövqelərini izah etmək üçün BMT-nin Nizamnaməsinə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edərkən, sionist rejimin törətdiyi soyqırım və geniş miqyaslı təcavüzü qarşısında davam edən fəaliyyətsizlik və hərəkətsizliyə görə BMT-nin etibarının daha da azalacağına dair xəbərdarlıq edib, beynəlxalq ictimaiyyətin İsrail rejiminin qanun pozuntusuna və təcavüzünün adiləşməsinə imkan verməməli olduğunu vurğulayıb.

Əraqçi Qəzzədə baş verən son 14 aydakı soyqırımı müstəmləkəçilərin Fələstində 80 illik məhvetmə planının davamı kimi qiymətləndirərək bildirib ki, bu plan Fələstin torpaqlarının artan işğalı və işğal altında olan insanlara aparteid rejiminin tətbiqi şəklində davam etmişdir.

Xarici İşlər naziri qeyd edib ki, Qəzzədə soyqırımın dayandırılması və sionist rejimin Livana qarşı təcavüzünə son qoyulması qlobal koalisiyanın bu rejimin başçılarının məsuliyyətə cəlb etməsini, təqib və cəzalandırmasını, eləcə də rejimin silah, maliyyə və siyasi dəstəkçiləri, xüsusilə Amerikanı cəzalandırmasını tələb edir.

Əraqçi Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallanta qarşı çıxardığı həbs qərarını sionist cinayətkarların ədalət və cəzalandırılması yolunda zəruri, lakin gecikmiş bir addım kimi xarakterizə edərək, beynəlxalq ictimaiyyəti bu hökmlərin icrasında ciddiliyinə çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .