Naftali Bennett deyib ki, bu razılaşma Hizbullahın İsrailə hücumunun qarşısını ala bilməz və bunu "tam diplomatik-təhlükəsizlik uğursuzluğu" kimi qiymətləndirib.
Bennet açıqlamasında Livanda bufer zonasının yaradılmamasını tənqid edib və bildirib ki, Hizbullah sərhəd məntəqələrində təşkilatlar yaradaraq, onlardan "şimali İsrail"ə (İşğal olunmuş Fələstinə) hücum etmək üçün istifadə edə biləcək.
Bennett qeyd edib: "Hizbullah hələ də on minlərlə raket ehtiyatına malikdir və silah istehsal edə və silah imkanlarını yeniləyə bilər".
O deyib: "İsrail ordusunun əsgər və komandirlərinin təsirli hərbi qələbəsi tam diplomatik-təhlükəsizlik uğursuzluğuna çevrildi"
Sizin rəyiniz