26 noyabr 2024 at 23:23
Jurnalist kodu: 5561
Xəbər kodu: 85672056
T T
0 Persons
İranın Xarici İşlər naziri Netanyahunun həbsinə dair hökmün dərhal icra edilməsini vurğuladı

İranın Xarici İşlər naziri bu axşam Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin xalqına qarşı soyqırımın qarşısının alınması ilə bağlı müvəqqəti qərarlarının tam şəkildə yerinə yetirilməsi, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin baş nazirinin həbsi ilə bağlı verdiyi hökmün dərhal icrasına çağırıb.

Seyid Abbas Əraqçi BMT-nin Sivilizasiyalar Alyansının Ümumdünya Assambleyasının Portuqaliyada keçirilən 10-cu iclasında deyib: “İran dialoqu və və BMT Nizamnaməsini müdafiə edir.”

Xarici İşlər naziri deyib: “Ölkəmin qayğılarından danışmaq istəyirəm. 2001-ci ildə biz sivilizasiyaların dialoqunu təklif etdik və bu, BMT tərəfindən qəbul edildi.”

İran sivilizasiyasında dialoqun həmişə xüsusi yeri olub. Biz həmişə sivilizasiyaların qarşılıqlı əlaqəsi və birgəyaşayışı sahəsində əməkdaşlıq edirik” - deyə, diplomatik qurumun rəhbəri əlavə edib.

Əraqçi deyib: “İran dünyada baş verən hadisələr qarşısında həmişə dialoqun və BMT Nizamnaməsinin müdafiəçisidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .