İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi BMT-nin Sivilizasiyalar Alyansının Portuqaliyanın Kaişkas şəhərində keçirilən iclası çərçivəsində İspaniyanın Xarici İşlər naziri Xose Manuel Albarez Bueno ilə görüşüb, hər iki tərəfi maraqlandıran mövzuları, o cümlədən ikitərəfli münasibətləri, regional və beynəlxalq hadisələri müzakirə edib.
Əraqçi bu görüşdə sionist rejimin soyqırımı davam etdirməsi, Livan və regionun digər ölkələrinə qarşı təcavüzü səbəbilə Qərbi Asiya regionunda yaranmış çox təhlükəli vəziyyətə işarə edib, bu vəziyyəti sionist rejimin cəzasız qalmasının nəticəsi hesab edib, ABŞ və bəzi Avropa ölkələrinin İsrailə davam edən hərtərəfli hərbi və siyasi dəstəyini onların müharibə cinayətlərində və soyqırımda şərikliyi və tərəfdaşlığı kimi qiymətləndirib, İsrailin cinayət və müharibə qızışdırmasını dayandırmaq, sionist rejim başçılarını mühakimə etmək və cəzalandırmaq üçün daha ciddi qlobal tədbirlər görməyə çağırıb.
Əraqçi həmçinin İranın Avropa ilə münasibətlərindəki son hadisələrə də diqqət çəkib, bəzi Avropa ölkələrinin qarşıdurma və müdaxilə siyasətini əsassız və qeyri-konstruktiv adlandıraraq deyib: “Avropa ölkələrinin Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasında İrana qarşı qətnamə qəbul etməsi hərəkətinə qarşı bir neçə min qabaqcıl İran sentrifuqası işə salınacaq.”
Sizin rəyiniz