30 noyabr 2024 at 10:23
Jurnalist kodu: 5564
Xəbər kodu: 85675031
T T
0 Persons
Mərakeş əhalisi 48 şəhərdə Qəzzəyə dəstək və sionist cinayətlərini pisləmək üçün nümayiş keçiriblər

Tehran - İRNA - Cümə günü Mərakeşin 48 şəhərinin əhalisi Qəzzəyə dəstək nümayişi keçirərək sionist rejimin hərəkətlərini pisləyib və Təl-Əvivə qarşı şüarlar səsləndirib və müharibənin dayandırılmasını istəyiblər.

Mərakeş İslam Ümmətinə Yardım Təşkilatı bir bəyanatda "Əl-Əqsa tufanı cüməsi" adı altında keçirilən bu aksiyaların Fələstin xalqına dəstək, sionist rejimin Qəzzadakı cinayətlərinə və ABŞ-ın Təl-Əviv rejiminə dəstəyinə etiraz olduğunu bildirib.

Mərakeşin bir çox şəhərləri, o cümlədən Ayət Məlul (mərkəzdə) Əş-Şavun, Tətvan, Fas, Miknas, Əl-Hüseymə, (şimalda) Kasablanka, Əl-Cədidə (qərbdə), Burkan, Əklim, Əhfir, və Vəcdə (şərqdə) Qəzzaya dəstək üçün bu etiraz aksiyalarının şahidi oldu.

0 Persons

Sizin rəyiniz

You are replying to: .