İranın Livandakı səfiri Müctəba Əmani cümə günü Livan və sionist rejim arasında atəşkəs barədə deyib: Biz heç vaxt görməmişik ki, Livan Amerikaya elçi göndərərək amerikalılardan İsrail rejimini atəşkəsi qəbul etməyə məcbur etməsini xahiş etsin. Atəşkəs tələbi Hizbullah tərəfindən təqdim olunmayıb və Hizbullah döyüş meydanını iqtidarlı şəkildə idarə edib.
Ölkəmizin bu diplomatı sözünə davam etdi: Atəşkəsdən üç gün əvvəl sionist rejimin rəsmilərinin Hizbullahın raket imkanlarını az qala məhv etdikləri iddiasına baxmayaraq, Hizbullah tərəfindən Təl-Əvivə və işğal olunmuş Fələstinin şimalına doğru 200 raket atıldı. Bu, israillilər üçün çox acı bir gün idi və yəqin ki, bu, sionistləri atəşkəsi qəbul etməyə məcbur etdi. Əslində prosesin vəziyyətinə nəzər salsaq görərik ki, sionistlərə atəşkəs lazım idi.
Livan səfiri Suriyadakı terrorçu qrupların son hadisələrdən sonra müqavimət cəbhəsi və Hizbullahın zəiflədiyini düşündüyünə işarə edərək, sözlərinə belə davam edib: ABŞ-ın bu terror qruplaşmaları ilə əməkdaşlığının şahidi oluruq. Son illərdə Amerika bu qruplara yeni silahlar verib və Türkiyənin sərhədləri onlar üçün açıq olub. İndi Suriya ordusu birbaşa bu qruplaşmalarla məşğuldur və müəyyən qədər onların qarşısını almağa müvəffəq olub.
İranlı diplomat deyib: Əgər onlar 2010-cu illərdəki Hələb hadisələrini təkrarlaya biləcəklərini düşünürlərsə, yanılırlar. Suriya hökuməti indi daha güclüdür və Rusiya hökuməti Suriyanı müdafiə etməkdə daha qətiyyətlidir. Müqavimət Cəbhəsi və İran da Suriya hökumətini və xalqını dəstəkləyir.
Sizin rəyiniz