30 noyabr 2024 at 18:09
Jurnalist kodu: 5561
Xəbər kodu: 85675707
T T
0 Persons
Suriya Ordusu: Hələbdə terrorçularla şiddətli döyüş gedir - Əks hücuma hazırlaşırıq

Tehran - İRNA - Suriya Ordusu bu gün şənbə bildirib ki, Hələb şəhərində terrorçuların irəliləməsini dayandırmaq üçün şiddətli döyüş gedir, Suriya Silahlı Qüvvələri öz mövqelərini yenidən möhkəmləndirməklə, həmçinin əlavə qüvvələrin və hərbi texnikanın gəlişi prosesinin yenidən təşkili və başa çatdırılması ilə özünü əks-hücuma və terrorçuları bu şəhərdən çıxarmağa hazırlayır.

Suriya Ordusu terrorçuların hücumlarından sonra bu ölkənin şimalında Hələb şəhərindəki vəziyyətlə bağlı yaydığı son bəyanatda bildirib: “Qruplar minlərlə əcnəbi terrorçu və ağır silahlar və çoxlu sayda pilotsuz təyyarə ilə kütləvi hücum həyata keçirdilər.”

Suriya Ordusunun bəyanatında deyilir: “Terrorçuların çoxluğu və qarşıdurmanın çoxsaylı cəbhələrdə baş verməsi Silahlı Qüvvələrimizin yenidən təşkil olunmasına səbəb oldu. Qüvvələrin yenidən təşkil edilməsində məqsəd terror hücumlarına qarşı durmaq, onların qarşısını almaq, mülki əhalinin və əsgərlərin həyatını qorumaq üçün müdafiə xətlərini dəstəkləməkdir.”

Bəyanatın başqa bir hissəsində qeyd olunur: “Şimal sərhədlərindən terrorçuların davamlı axını və onlara hərbi-texniki dəstəyin genişləndirilməsi ilə bu terrorçular Hələb məhəllələrinin böyük hissələrinə daxil ola bildilər. Suriya Ordusu qüvvələrinin güclü və cəmləşmiş hücum və zərbələri səbəbindən terrorçu qruplaşmalar Hələbdə özlərinə mövqelər yarada bilməyiblər. İndi biz silahlı ünsürlərə zərbə endiririk ki, qoşunların və hərbi texnikanın gəlişi prosesini başa çatdıraq, onları döyüş cəbhələrinə bölək və əks hücuma hazırlaşaq. Gördüyümüz tədbirlər müvəqqəti xarakter daşıyır. Hələb əhalisinin təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcəyik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .