Seyid Abbas Əraqçi deyib: Mən bir diplomat olaraq İranın hərbi, xalq, mədəni və tarixi gücünə arxalanıram və ümid edirəm ki, şəhidlər yolunu davam etdirə bilərik.
Xarici işlər naziri bildirib: Biz regionda yeni fitnələrlə qarşılaşırıq ki, onlardan biri də təkfirçi qüvvələrdir. Son proseslər göstərdi ki, bu terrorçu qüvvələr Amerikanın komandanlığı altında hərəkət edir.
Əraqçi əlavə etdi: Bu qruplar və onların tərəfdarları bilməlidirlər ki, müqavimət qüvvələri və öz ölkəsi və regionunun namusu üçün vuruşan qüvvələr qarşısında məqsədlərinə çatmayacaqlar. Bu, ötən illər ərzində sübut olunub və onların yeni cəhdləri heç bir nəticə verməyəcək və biz onların məğlubiyyətinin şahidi olacağıq. Amma sübut olundu ki, Amerika, sionist rejim və təkfirçi qruplar eyni istiqamətdə hərəkət edirlər və bu, tarixi bir həqiqətdir.
Sizin rəyiniz