Bəşər Əsəd İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə əlavə edib: Terrorla mübarizə aparmaq, onun strukturunu məhv etmək və ehtiyatlarını tükətmək təkcə Suriyaya deyil, həm də bütün region ölkələrinin sabitliyinə, təhlükəsizliyinə və asayişinə kömək edəcək.
O əlavə etdi: Suriya xalqı ötən illərdə terrorizmin bütün formaları ilə mübarizə apara bilib və bu gün onun kökünü kəsməkdə həmişəkindən daha çox qərarlıdır.
İran İslam Respublikasının xarici işlər naziri bu görüşdə İranın yüksək səlahiyyətli rəsmilərinin mesajını çatdıraraq, İranın terrorla mübarizədə Suriyaya dəstək verməkdə qətiyyətli mövqeyini və Tehranın bu baxımdan Suriya hökumətinə hər cür dəstəyi verməyə tam hazır olduğunu vurğulayıb.
Suriyanın bu gün üzləşdiyindən qat-qat çətin problemlərlə üzləşdiyini bildirən Əraqçi əlavə edib: Bu ölkə terrora və onun dəstəkçilərinə qarşı qalib gəlməyə qadirdir.
Bəşər Əsəd: Suriya terror təşkilatlarına qarşı var gücü ilə mübarizəsini davam etdirir
2 dekabr 2024 at 09:27
Xəbər kodu:
85677180
Tehran - İRNA - Suriya prezidenti vurğulayıb ki, Suriya hökuməti, ordusu və xalqı bütün güc və qətiyyəti ilə ölkənin bütün ərazisində terror təşkilatlarına qarşı mübarizəni davam etdirir.
Sizin rəyiniz