Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Küveytdə Fars Körfəzi Əməkdaşlıq Şurası rəhbərlərinin 45-ci iclasının yekun bəyanatında İranla bağlı müddəaları qeyri-konstruktiv və qəbuledilməz adlandırıb, beynəlxalq hüquqa zidd, mehriban qonşuluq prinsipinə uyğun olmayan təklif və iddiaların təkrarlanmasından təəssüfləndiyini bildirib.
Bəqai İran İslam Respublikasının qəti və prinsipial mövqeyini vurğulayaraq, İranın üç adası Əbu Musa, Böyük Tunb və Kiçik Tunbı İran ərazisinin ayrılmaz və əbədi hissəsi adlandırıb və təkidlə bildirib ki, İran İslam Respublikası bu adalarla bağlı hər hansı digər mülkiyyət iddiasını öz suverenliyi və ərazi bütövlüyünün pozulması hesab edir.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: “Aydındır ki, əsassız və müdaxiləçi iddiaların təkrarlanması tarixi və coğrafiyanı dəyişməyəcək. İran İslam Respublikasının özünün üç adasına münasibətdə gördüyü işlər tamamilə İran ərazisi üzərində milli suverenliyin həyata keçirilməsində suveren hüquq və yurisdiksiyaya uyğundur. Buna əsasən, İran İslam Respublikası yuxarıdakı bəyanatda yaşayış məskənlərinin tikintisi, milli və hərbi rəsmilərin İrana məxsus adalara səfəri, onun ərazi sərhədləri daxilində hərbi təlimlər keçirməsi ilə bağlı səsləndirilən açıqlamaları özünün suveren işlərinə müdaxilə hesab edir və onu pisləyir.”
Bəqai İran İslam Respublikasının müdafiə və hərbi məsələləri, o cümlədən raket imkanları ilə bağlı irəli sürülən iddiaları qəbuledilməz hesab edərək vurğulayıb: “İran İslam Respublikasının raket potensialı İranın milli təhlükəsizliyini müdafiə etmək, regionun sülh və sabitliyini qorumaq üçün İranın müdafiə doktrinası çərçivəsindədir, beynəlxalq standartlara və qanunlara uyğundur. Regionun təhlükəsizliyi və sabitliyi üçün real təhlükə regiondankənar aktorların, onların hərbi bazalarının hərbi mövcudluğudur, həmçinin sionist rejim İslam ölkələri üçün əsas təhdid və təhlükə mənbəyidirdir ki, İslam ölkələrindən birini qəsb, təcavüz, işğal və soyqırım etməklə formalaşıb.”
Bəqai: Regionun təhlükəsizliyi üçün real təhlükə regiondankənar aktorların hərbi mövcudluğudur
2 dekabr 2024 at 17:50
Xəbər kodu:
85677933
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Regionun təhlükəsizliyi və sabitliyi üçün real təhlükə regiondankənar aktorların, onların hərbi bazalarının mövcudluğudur. Həmçinin, sionist rejim təhlükəsizliyin pozulmasının əsas köküdür.”
Sizin rəyiniz