4 dekabr 2024 at 18:50
Jurnalist kodu: 5561
Xəbər kodu: 85680389
T T
0 Persons
Pezeşkiyan: İran və Çin arasında hərtərəfli razılaşmanın həyata keçirilməsini ciddi şəkildə izləyirik

Tehran - İRNA - Prezident Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammiti çərçivəsində Çin Prezidenti ilə konstruktiv danışıqlarına toxunaraq deyib: “Hökumət başçısı kimi fəaliyyətimin ilk günlərindən Çin tərəfi ilə hərtərəfli razılaşmanın həyata keçirilməsini izləyirəm.”

Məsud Pezeşkiyan bu gün çərşənbə günortadan sonra Çinin Baş nazirinin müavini Zhang Quoqing ilə görüşdə, Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammiti çərçivəsində Çin Prezidenti ilə apardığı konstruktiv danışıqlara toxunaraq deyib: “İran və Çin arasındakı əməkdaşlıq uzaq keçmişdən bəri həmişə dostcasına və yaxın olub, bu gün də iki ölkə arasındakı əlaqələr strateji xarakter daşıyır.”

Hökumət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən Çin tərəfi ilə hərtərəfli sazişin həyata keçirilməsini izlədiyini bildirən Prezident əlavə edib: “Cənab Si Cinpinlə bu yaxınlarda keçirdiyimiz görüşdə biz yaxşı anlaşma əldə etdik. Bu anlaşmaları davam etdirmək üçün Tehrana səfəriniz də Çin hökumətinin İranla əlaqələri genişləndirmək əzminin sübutudur.”

Dövlət başçısı Amerikanın beynəlxalq arenada totalitarizm və təkqütblük ardınca olduğuna diqqət çəkərək deyib: “Biz təkqütblüyə qarşı çıxmaq üçün Çin və Rusiya ilə əməkdaşlığımızı genişləndirməkdə qərarlıyıq.”

Çinin Baş nazirinin müavini də bu görüşdə öz ölkəsi Prezidentinin səmimi salamlarını və xoş arzularını doktor Pezeşkiyana çatdıraraq deyib: “İran İslam Respublikası regionun böyük və mühüm ölkəsidir, beynəlxalq arenada konstruktiv və təsirli rola malikdir.”

Kazanda iki ölkə prezidentləri arasında anlaşmanı izləmək üçün İrana səfər etdiyini bəyan edən Zhang Quoqing deyib: “İran Çin üçün strateji və mühüm tərəfdaşdır. Sizinlə münasibətlərə baxışımızı strateji və uzunmüddətli əlaqələrin genişləndirilməsi və möhkəmlənməsi əsasında qurmuşuq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .