Vladimir Putin çərşənbə günü, 4 dekabr VTB-nin (Rusiyanın ikinci ən böyük bankı) 15-ci investisiya forumundakı çıxışında əlavə edib: “Hazırda iki ölkə arasında logistika, enerji, sənaye və təhlükəsizlik sahəsində əməkdaşlıqlar üzrə yaxşı layihələr həyata keçirilir.”
Rusiya Prezidenti İranla nəqliyyat sahəsində əməkdaşlığa da toxunaraq deyib: “Hazırda Şimal-Cənub Dəhlizi fəaliyyət göstərir və bu dəhlizlə daşımaların həcmi durmadan artır.”
“Ümid edirik ki, İran İslam Respublikası Prezidentinin Rusiyaya qarşıdakı səfəri zamanı Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq razılaşması imzalanacaq” - deyə, Putin bildirib.
İranın Avrasiya İqtisadi Birliyinə müşahidəçi üzv olmaq istəyinə toxunan Rusiya Prezidenti deyib: “Moskva Tehranın bu ittifaqla daha çox qarşılıqlı fəaliyyətdə olmaq istəyini alqışlayır.”
Sizin rəyiniz