İranın diplomatik xidmətinin rəhbəri Seyid Abbas Əraqçi və Misir Ərəb Respublikasının xarici işlər naziri Bədr Əbdül Ati çərşənbə gecəsi telefon danışığında Suriyadakı hadisələrə diqqət yetirərək regiondakı prosesləri müzakirə edib və fikir mübadiləsi aparıblar.
Əraqçi bu yaxınlarda Dəməşq və Ankaraya səfəri zamanı Suriya və Türkiyə rəsmiləri ilə danışıqların nəticələrini izah edərək, İran İslam Respublikasının Suriya hökuməti, ordusu və xalqının terror qruplaşmalarına qarşı mübarizədə dəstəklənməsi istiqamətində daimi siyasətini vurğulayıb.
O, həmçinin Suriyada terrorçu qrupların yenidən aktivləşməsini və onun regionda genişlənməsini regionun sülh, sabitlik və təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib və bununla məşğul olmaq üçün bölgənin effektiv oyunçuları arasında bu təhlükə qarşısında diplomatik səylərin və məsləhətləşmələrin davam etdirilməsini zəruri hesab edib.
Misirin xarici işlər naziri son günlər bir sıra ölkələrin xarici işlər nazirləri ilə apardığı telefon danışıqlarına toxunaraq, ölkəsinin Suriyanın suverenliyi, ərazi bütövlüyü və hüquqi təsisatlarının dəstəklənməsi siyasətini xüsusi vurğulayıb.
Sizin rəyiniz