Suriya Ordusu və Silahlı Qüvvələrinin Baş Komandanlığının bəyanatında bildirilir ki, Suriya qüvvələri bir neçə gün əvvəldən müxtəlif istiqamətlərdə terror qruplaşmaları ilə qarşılaşaraq Həma şəhərinə hücumlarını zərərsizləşdirib.
Bəyanatda əlavə olunur: “Ötən saatlarda qarşıdurmaların artması və bir sıra Suriya qüvvələrinin şəhid olması ilə terrorçu dəstələr yüksək itkilər verməsinə baxmayaraq, şəhərin bir neçə istiqamətinə sızaraq daxil ola bildilər.
Bəyanatın davamında bildirilir: “Suriya Ordusunun hərbi birləşmələri Həma şəhərinin vətəndaşlarının həyatını qorumaq və onların şəhər döyüşlərində iştirak etmələrinin qarşısını almaq üçün yenidən toplanaraq şəhərdən kənarda mövqe tutdular. Ordu terrorçuların girdiyi əraziləri geri almaq üçün milli vəzifəsini davam etdirəcək.”
Sizin rəyiniz