Malayziyada keçirilən eşitmə qabiliyyəti olmayanlar üzrə 10-cu Asiya Oyunlarının bitməsinə bir gün qalmış İranın idman komandası bu oyunlarda çempionluğunu təsdiqləyib.
Bu Asiya Oyunlarına “Sükutda sülh fəryadı” şüarı ilə qatılan İran karvanı 24 qızıl, 16 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 60 medalla bu çempionatın qalibi olub.
Medal paylama cədvəlində İrandan sonra Cənubi Koreya komandası 21 qızıl, 10 gümüş və 16 bürünc olmaqla 47 medalla ikinci yerdə qərarlaşıb. Çin 19 qızıl, 9 gümüş və 8 bürünc olmaqla 36 medalla üçüncüdür.
Sizin rəyiniz