Qrossinin Tehrana səfərini və İran ilə agentlik arasında texniki əməkdaşlığı gücləndirmək üçün əldə olunan anlaşmaları xatırladan Bəqai deyib: “Cənab Qrossi bəzi təşəbbüslərlə İrana gəlmişdi, amma məhz bu üç Avropa ölkəsi və ABŞ Direktorlar Şurasının təzyiq və sui-istifadə siyasətini davam etdirməklə Baş direktorun səylərinin nəticəsiz qalmasına səbəb oldu.”
Mətbuat katibi İranın dinc nüvə proqramının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Əhatəli Təminatlar Müqaviləsi çərçivəsində tamamilə şəffaf şəkildə və MAQATE-nin nəzarəti altında izləndiyinə diqqət çəkərək vurğulayıb: “Son fəaliyyətlər də Beynəlxalq Atom Enerjisi Agentliyinə ətraflı məlumat verilməklə həyata keçirilib və onun daimi nəzarəti altındadır.”
Sizin rəyiniz