Suriya Milli Alyansının rəhbəri: Ölkədə hakimiyyətin ötürülməsi prosesi Birləşmiş Millətlər Təşkilatının koordinasiyası ilə həyata keçiriləcək

Tehran - İRNA - Bəşər Əsəd hökumətinin xarici müxalifətinin əsas qolu olan Suriya Milli Alyansının rəhbəri deyib: Bu ölkədə hakimiyyətin təhvil verilməsi prosesi Birləşmiş Millətlər Təşkilatının koordinasiyası ilə həyata keçiriləcək.

Türkiyədə yerləşən Suriya Milli Alyansının rəhbəri Hadi əl-Bəhrə Əl-Ərəbiyyə kanalına verdiyi müsahibədə əlavə edib: Dəməşq və ölkənin digər şəhərləri təhlükəsizdir və qisas almaqdan söhbət gedə bilməz.

O, Suriya dövlət qurumlarının 2 gün ərzində normal fəaliyyətlərinə davam edəcəyini ifadə edərək əlavə edib: Suriyada yeni bir tarixi dövr qurulacaq.

Suriya ordusunun baş qərargahı bazar günü səhər verdiyi bəyanatda Bəşər Əsəd hökumətinin süqut etdiyini açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .