8 dekabr 2024 at 12:39
Jurnalist kodu: 5564
Xəbər kodu: 85683590
T T
0 Persons

Silahlı ünsürlər İranın Dəməşqdəki səfirliyinə hücum edib

8 dekabr 2024 at 12:39
Xəbər kodu: 85683590
Silahlı ünsürlər İranın Dəməşqdəki səfirliyinə hücum edib

Tehran - İRNA - Ərəb dilli xəbər mənbələri Suriyadakı silahlı ünsürlərin İran İslam Respublikasının Dəməşq şəhərindəki səfirliyinə hücumu barədə məlumat yayıb.

Əl-Ərəbi telekanalı Suriya prezidenti Bəşər Əsəd hökumətinin devrilməsi və Dəməşqin Suriya silahlı müxalifətinin nəzarət altına alınmasından sonra İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə silahlı ünsürlərin hücumunun görüntülərini yayımlayıb.

Yayımlanan video və şəkillərdə göstərilir ki, bəzi ünsürlər İran səfirliyinə daxil olub, talan və vandalizm törədiblər.

Bir neçə saat əvvəl Suriya ordusunun baş qərargahının verdiyi açıqlamada Suriya prezidenti Bəşər Əsəd rejiminin süqut etdiyini açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .