Sionist rejimə aid “Walla” xəbər saytı bu gün (bazar günü) yazıb: “Sionist rejim Suriyadakı çoxsaylı qruplar, o cümlədən Heyət Təhrir əş-Şam silahlı qruplaşması ilə birbaşa və dolayı əlaqə saxlayır.”
“İsrail bu mərhələdə silahlı ünsürlərin sərhədə (Suriyanın işğal olunmuş ərazilərlə sərhədinə) yaxınlaşmamasını istəyir” - deyə, media əlavə edib.
Sionist mediası həmçinin 98-ci briqada, desant briqadası və sionist rejim ordusunun komandolarının Suriya sərhədlərinə çağırıldığını bildirib.
Bundan əvvəl sionist rejimin xəbər mənbələri məlumat yayıb ki, İsrail rejiminin tankları bu gün səhər saatlarında işğal altındakı Qolanın sərhəd hasarını keçərək Suriya ərazisinə daxil olub.
Sizin rəyiniz