Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (bazar günü), dekabrın 8-də axşam saatlarında jurnalistlərin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin əməkdaşlarının son vəziyyəti ilə bağlı sualının cavabında deyib: “İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb, səfir və əməkdaşlar sağ-salamatdır.”
Bəqai İranın Dəməşqdəki səfirliyinin binasına hücumla bağlı yayılan xəbərlərə dair sualı cavablandırarkən, bu hərəkəti pisləməklə yanaşı vurğulayıb ki, diplomatik-konsulluq yerlərinin və nümayəndəliklərinin təhlükəsizliyinin qorunması hüquq və beynəlxalq münasibətlərin əsas prinsipidir və istənilən şəraitdə buna əməl olunması vacibdir.
“İran İslam Respublikası Suriyada baş verən proseslərdə nüfuzlu tərəflərlə əlaqə saxlayaraq, bu məsələ ilə bağlı xəbərdarlıq edib və bu cür hücumların təkrarlanmasının qarşısının alınmasını tələb edib” - deyə, o, əlavə edib.
Sizin rəyiniz