9 dekabr 2024 at 15:01
Jurnalist kodu: 5564
Xəbər kodu: 85684959
T T
0 Persons

Tags

Arif: İranın strategiyası fəaliyyət qarşısında fəaliyyətdir - Biz bac verən deyilik

Tehran - İRNA - Birinci vitse-prezident İranın danışıqlar və qarşılıqlı əməkdaşlığı alqışladığını, lakin bac vermədiyini bəyan edərək Qərb ölkələrinə xəbərdarlıq edib: “İran İslam Respublikasının strategiyası fəaliyyət qarşısında fəaliyyətdir.”

Birinci vitse-prezident Məhəmmədrza Arif bu gün (bazar ertəsi) səhər saatlarında Atom Enerjisi Təşkilatında olarkən deyib: “Qərb asılı ölkələrə nüvə texnologiyasını inkişaf etdirməyi tövsiyə etdiyi halda, bu texnologiyanı inkişaf etdirdiyinə görə ölkəmizə sanksiya qoydu. Müstəmləkəçiliyin xarakteri öz müstəmləkəçi xasiyyətini göstərməkdir. İndi biz Qərbin ikili standartlarını daha aydın görürük. Amma bütün bu sanksiyalarla, ikili standartlara əl atmaqla, inqilabın əvvəlindən müxtəlif problemlər və təzyiqlər yaratsalar da, İrana qarşı heç bir məqsədlərinə çatmayıblar.”
“Bütün təzyiqlərə baxmayaraq, müxtəlif sənaye sahələrində irəliləyişlərimiz vardır və onun amillərindən biri də Atom Enerjisi Təşkilatının alim və mütəxəssislərinin səyləridir, onlar yüksək texnologiyalı və yüksək inkişaf etmiş texnologiyada çox bacarıqlıdırlar. Fikrimizcə, nüvə enerjisi “İranın qabaqcıl texnologiyasının atası”dır”- deyə, o, əlavə edib.
Arif deyib: “Biz Qərblə problemlərimizi hər iki tərəfin mənafeyini nəzərə alaraq həll etməkdə maraqlıyıq. Qərblə danışıqlar qəddar sanksiyaların aradan qaldırılması məqsədi ilə aparılır, amma biz dinc nüvə fəaliyyətləri sahəsində fəaliyyətimizi davam etdirəcəyik. Biz qətiyyətlə bəyan edirik ki, heç kəsin ölkəmizin nüvə və qeyri-nüvə məsələlərinə qarışmasına imkan verməyəcəyik. Qərarları verən bizik və bizim üçün hər şeydən çox “insan” dəyərlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .