Fələstin müqavimət komitələri sionist rejimin Suriya torpaqlarını işğal etməsini və bu rejimin Suriyanın hərbi və silah bazalarına vəhşicəsinə hücumlarını pisləyərək, bu hərəkətləri sionist qırğınları hesab ediblər.
Adı çəkilən mübariz təşkilatlar sionist rejimin yanaşmasından asılı olmayaraq bütün ərəb və müsəlmanların düşməni olduğuna işarə edərək vurğulayıblar: “Suriya və onun əsl xalqı Fələstin ideyasının və xalqların yeganə düşməni olan sionist düşmənə qarşı müqavimətin dəstəkçisi olaraq qalacaq.”
“Biz sionist rejimin və bu rejimin himayədarı kimi xalqların bacarığını boğmağa, onların qüdrətini sarsıtmağa və qiyamının qarşısını almağa çalışan Amerikanın cinayətkar hökumətinin ifrat və təcavüzləri ilə qəti şəkildə mübarizənin tərəfdarıyıq.” - deyə, müqavimət komitlələri əlavə edib.
Bu komitələr həmçinin qeyd ediblər ki, hələ də sərhədlərinin Nildən Fərat çayına qədər olduğuna inanan sionist rejimlə mübarizə aparmaq lazımdır.
Sizin rəyiniz