11 dekabr 2024 at 19:55
Jurnalist kodu: 5561
Xəbər kodu: 85687307
T T
0 Persons
Qəribabadi: Sionist rejimin Fələstin, Livan və Suriyaya təcavüzü dayandırılmalıdır

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər nazirinin müavini, İranın Suriyanın birliyi, milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyinə toxunaraq, Suriyanın taleyini müəyyənləşdirməyin və gələcəyi ilə bağlı qərarlar qəbul etməyin yalnız bu ölkə xalqının öhdəsinə olduğunu vurğulayıb.

Xarici İşlər nazirinin müavini Qəribabadi Aşqabadda sülh, təhlükəsizlik və davamlı inkişaf naminə neytral dostlar qrupunun illik toplantısında sionist rejimin Suriyadakı son təcavüzləri və bu ölkənin digər bölgələrini işğal etməsinə toxunaraq, bu hərəkətləri sionist rejimin təcavüzkarlıq və işğalçılıq xisləti, beynəlxalq norma və qanunlara heç bir məhəl qoymamasının növbəti əlaməti hesab edib, beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasını bu təcavüzlərin dayandırılması və sionist rejimin öz cinayətlərinə görə cavabdeh etmək üçün əməli addım atmağa çağırıb.

Ölkəmizin Xarici İşlər nazirinin müavini İranın Suriyanın birliyinə, milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyinə toxunaraq, Suriyanın taleyini müəyyənləşdirməyin və gələcəyi ilə bağlı qərarlar qəbul etməyin yalnız bu ölkə xalqının öhdəsinə olduğunu, bu məqsədə çatmaq üçün hərbi qarşıdurmaların tez bir zamanda dayandırılmasının, terror aktlarının qarşısının alınmasının və bütün Suriya xalqını təmsil edən hərtərəfli hökumətin formalaşdırılması üçün Suriya cəmiyyətinin bütün cinahlarının iştirakı ilə milli dialoqların başlanmasının tələb olunduğunu vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .