11 dekabr 2024 at 23:22
Jurnalist kodu: 5561
Xəbər kodu: 85687404
T T
0 Persons
Pezeşkiyan: Regionda baş verən hazırkı hadisələr sionist rejimin İslam ölkələri arasındakı ixtilaflardan sui-istifadə etməsinin sübutudur

Tehran - İRNA - Prezident aramızdakı problemlərin qardaşcasına həll edilməli olduğunu və əməldə İslam dünyasının qüdrətini gücləndirməyin vacibliyini vurğulayaraq deyib: “Regionda baş verənlər sübut edir ki, sionist rejim İslam ölkələrinin ixtilaflarından sui-istifadə edərək Qəzzə, Livan və Suriyaya təcavüz edir və müsəlmanları qətlə yetirir.”

Məsud Pezeşkiyan çərşənbə günü axşam saatlarında Türkiyənin Ticarət naziri Ömər Bulatla görüşündə Ərdoğanla görüşlərində və səmimi söhbətlərində İslam ölkələri arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini və əhəmiyyətini hər zaman vurğuladığını bəyan edərək deyib: “Mən dərindən inanıram ki, İslam ölkələri bir-biri ilə əlaqələrini və qarşılıqlı anlaşmalarını genişləndirməlidir.”

Prezident deyib: “Əgər İslam ölkələri ticarət bazarlarından tutmuş nəqliyyat yollarına və digər potensiallara qədər öz imkanlarını bir-biri ilə bölüşsələr, bu, şübhəsiz ki, bütün İslam ümmətinə fayda verəcək, İslam dünyasının bütün ölkələrinin güclənməsinə səbəb olacaq, sionist rejim və digər güclər cinayət törətməyə və müsəlmanların işlərinə müdaxilə etməyə cəsarət etməyəcəklər.”

Pezeşkiyan bildirib: “Regionda baş verənlər sübut edir ki, sionist rejim İslam ölkələrinin ixtilaflarından sui-istifadə edərək Qəzzə, Livan və Suriyaya təcavüz edir və müsəlmanları qətlə yetirir. İxtilaflarımızı kənara qoysaq, İslam dünyası daha da güclənəcək və dünya bizimlə qarşılıqlı hörmət əsasında əlaqə quracaq.”

Prezident sonra deyib: “Bu gün bizim problemlərimizdən biri də Amerika və Avropanın İranı onlara əməl etməyə məcbur etmək üçün tətbiq etdiyi qəddar sanksiyalardır. Amma biz onların qarşısında qətiyyən baş əyməyəcəyik.”

Doktor Pezeşkiyan qeyd edib ki, iki ölkə arasındakı razılaşmalarının həyata keçirilməsini vurğulayırıq və İslam ölkələri ilə əlaqələrə göz dikən düşmənlərin məyus olması üçün əməkdaşlığı güclü şəkildə davam etdirəcəyik.

Bu görüşdə Türkiyənin Ticarət naziri də iki ölkə arasında ticarət üçün 30 milyard dollarlıq hədəfə işarə edib, bu məqsədə çatmaq üçün var gücləri ilə çalışacaqlarını bəyan edərək deyib: “Türkiyə İran İslam Respublikası ilə enerji sahəsində 25 illik ticarət müqaviləsini yeniləmək istəyir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .