14 dekabr 2024 at 22:41
Jurnalist kodu: 5561
Xəbər kodu: 85690072
T T
0 Persons
Livan Hizbullahının Baş katibi: Ümid edirik ki, Suriyanın yeni hökuməti İsraili özünə düşmən hesab edəcək

Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi deyib: “Biz Suriyanı dəstəklədik, çünki İsraillə düşmən mövqedədir. Ümid edirik ki, Suriyada yeni hökumət İsraili düşmən hesab edəcək və onunla münasibətləri normallaşdırmayacaq.”

Livan Hizbullah Hərəkatının Baş katibi Şeyx Nəim Qasım deyib: “Düşmənin müqaviməti məhv etmək, onu darmadağın etmək məqsədinin qarşısını aldıq, mühacirləri didərgin saldıq və düşmənin uğuru da liderlərimizi şəhid etməklə bizə zərbə vurması oldu. Bizim təslim olmağımız və ya zillətə boyun əyməyimiz mümkün deyil. Bu məsələ Hizbullahın müqaviməti üçün mümkün deyil.”

Hizbullah lideri sionist rejimin atəşkəsi dəfələrlə pozmasına toxunaraq deyib: “Biz İsrailin öhdəliyinin yüz dəfələrlə pozulması qarşısında dözüm göstərdik ki, bu razılaşmanın icra edilməsinə kömək edək və ona mane olmayaq. Müvafiq rəsmilərə də öz məsuliyyətlərini xatırlatdıq.”

Hizbullahın Baş katibi çıxışının başqa bir hissəsində Suriyadakı son hadisələrə işarə edərək deyib: “Ümid edirik ki, Suriyadakı bütün tərəflər (hökumətin qurulmasında) iştirak edəcəklər.”

“Hizbullah Suriyadan keçən hərbi yardım yolunu itirdi; Bu ayrılıq baş verdi, amma vacib olan müqavimətin davamlı olmasıdır” - deyə, o, əlavə edib.

Şeyx Nəim Qasim vurğulayıb: “Biz Suriyada baş verənlərin Livana təsir edəcəyinə inanmırıq. Arzu edirik ki, Suriya onun xalqının istədiyi kimi sabitləşsin.”

Şeyx Nəim Qasim deyib: “Biz Suriyanı dəstəklədik, çünki o, İsraillə düşmən mövqedədir. Ümid edirik ki, Suriyada yeni hökumət İsraili düşmən hesab edəcək və onunla münasibətləri normallaşdırmayacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .