23 dekabr 2024 at 16:53
Jurnalist kodu: 5564
Xəbər kodu: 85698526
T T
0 Persons

Tags

Pezeşkiyan: İran hökumətinin Şimal-Cənub dəhlizini tamamlamaq əzmi ciddidir

Tehran - İRNA - Prezident Rusiyanın Baş nazirinin müavini ilə görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, Şimal-Cənub strateji dəhlizinin sürətləndirilməsi və tamamlanmasının yolları barədə deyib: “14-cü hökumətin bu dəhlizi tamamlamaq əzmi ciddidir.”

Məsud Pezeşkiyan bu gün bazar ertəsi günorta saatlarında Rusiyanın Baş nazirinin müavini Vitali Savev ilə görüşündə bəyan edib ki, İran və Rusiya arasında razılaşma çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin həyata keçirilməsi bizim planlarımızın prioritetidir və biz bunu həyata keçirmək əzmindəyik.
Prezident əlavə edib: “İran bu razılaşmanın müddəalarına sadiqdir və Rusiya tərəfi layihənin həyata keçirilməsi üçün marşrutun xəritələşdirilməsinə və hazırlıqlara ən qısa zamanda başlaya bilər. Müqaviləyə əsasən, marşrut üçün torpaq sahəsinin alınmasını, müəyyən olunmuş vaxtda sənədləri və öhdəlikləri həyata keçirəcəyik.”
Bu görüşdə Rusiyanın Baş nazirinin müavini də ölkəsinin Prezidentinin və Baş nazirinin səmimi salamlarını doktor Pezeşkiyana çatdırıb, onu 2025-ci ilin ilk günlərində Rusiyaya səfərə dəvət edərək deyib: “Rusiya hökuməti bu səfərə, onun müzakirələrinə və razılaşmalarına hazırlaşır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .