30 dekabr 2024 at 17:10
Jurnalist kodu: 5564
Xəbər kodu: 85705389
T T
0 Persons
İran Avrasiya İttifaqı ilə ticarət mübadiləsini 2,5 dəfə artırmağa hazırdır

Tehran - İRNA - İran Ticarətin İnkişafı Təşkilatının baş direktoru İranın Avrasiya İttifaqı ilə güzəştli ticarət müqaviləsinə toxunaraq deyib: “Bu müqavilənin imzalanması ilə son beş ildə bu ittifaqın üzvləri ilə ticarət dövriyyəsinin 2,5 dəfə artmasına zəmin yaradılıb.”

Məhəmmədəli Dehqan Dehnəvi bazar ertəsi günü güzəştli ticarət sazişləri və azad ticarətin əhəmiyyətini vurğulayaraq deyib: “İran 5 il əvvəl Avrasiya İqtisadi İttifaqı ilə güzəştli ticarət müqaviləsi imzaladı. Buna görə də bəzi mallar üçün tariflər aşağı salındı və bu regionun üzvləri ilə ticarətin 2,5 dəfə artmasına zəmin yarandı.”
“Bu, bizi bu ittifaqla azad ticarət müqaviləsi haqqında düşünməyə vadar etdi. Hazırda Avrasiya İqtisadi İttifaqının beş ölkəsinin parlamenti bu ticarət müqaviləsini təsdiqləyib və İranda da bu razılaşma Keşikçilər Şurasının təsdiqini gözləyir. Belə görünür ki, bu, gələn ilin əvvəlindən həyata keçiriləcək” - deyə, Dehnəvi əlavə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .