Fələstinin “Məən” xəbər agentliyi Qəzzada hökumətin informasiya idarəsinin direktoru İsmayıl əs-Səvabatəyə istinadən yazıb: Sionist rejim 2023-cü il oktyabrın 7-dən Qəzzada 1091 fələstinli körpəni şəhid edib. Bu saydan 238 körpə İsrail rejiminin Qəzza sakinlərinə qarşı apardığı soyqırım müharibəsi zamanı doğulub və şəhid olub.
Əs-Səvabatə sionist rejimin Qəzzədə körpələrin hədəfə alınmasını açıq-aşkar müharibə cinayəti hesab edib və beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı təcili araşdırmaya başlamağı və bu hücumlara görə məsuliyyət daşıyanların mühakimə olunmasını istəyib.
Sizin rəyiniz