1 yanvar 2025 at 18:46
Jurnalist kodu: 5561
Xəbər kodu: 85707679
T T
0 Persons
Ərdəbil Bazarı İslami Assosiasiyası: Media fitnəsi İran, Azərbaycan və Türkiyə xalqlarını bir-birindən ayıra bilməz

Ərdəbil - İRNA - Ərdəbil Bazarı İslami Assosiasiyası və Ərdəbilin Əzəm Məscidin Qəyyumlar Şurası düşmən mediaların Ərdəbilin Əzəm məscidində keçirilən dini mərasimin iştirakçılarından birinin sözlərindən sui-istifadə etməsinin ardınca bəyanat yayıb.

Bəyanatda bildirilir: Ölkənin azəri bölgəsinin Əhli-beytə (ə) sevgisini göstərən möhtəşəm bir toplantıda təəssüf ki, tədbirin təsdiq etdiyi proqramlarla heç bir əlaqəsi olmayan bir şəxs gözlənilmədən, emosiyalar üzündən, İsraillə sıx əməkdaşlıq etdiyinə inandığı bəzi əcnəbi şəxsləri aşağılayacaq sözlər dedi. Halbuki, bu kimi məsələlər İslam İnqilabının məqsədinə və məddahlıq camiəsinin yanaşmasına tamamilə ziddir və qətiyyən, təsdiq edilmiş proqramlar siyahısında olmamışdır. 

Bəyanatda əlavə olunur: Düşmən xəbər agentliklərinin bu adi və heç bir məsuliyyəti olmayan şəxsin açıqlamalarını ölkənin mövqeyi kimi göstərməyə çalışmaları çox təəssüflü haldır. Halbuki, elə həmin məclisdə olarkən məclis böyükləri, xüsusən də Vəliyyi-fəqihin hörmətli nümayəndəsi tərəfindən ona xəbərdarlıq edildi. 

Bəyanatın davamında bildirilir: Adi bir şəxsin sözlərinə belə yanaşma düşmənin əli tamamilə boş olduğunu və bu qədər boş olduğu üçün özünü rüsvay etməkdən başqa heç bir faydası olmayan hərəkətlər etdiyini göstərir. 

Ərdəbil Bazarı İslami Assosiasiyası və Ərdəbilin Əzəm Məscidin Qəyyumlar Şurası vurğulayıb: Bu mediaların əsas məqsədi və böyük ümidləri regionun İslam ölkələri arasında ayrılıq, uzaqlıq və nifrət yaratmaqdır. 

Bəyanatın sonunda qeyd olunur: Əhli-beyt (ə) və İmam Hüseyn (ə) ilə bağlı keçirilən mərsiyyə, onlara sevgi və fəzilətlərinin açıqlanması mərasimləri həmişə İran, Azərbaycan və Türkiyə ölkələrinin böyük ortaq nöqtəsidir. Birlikdə idik və birlikdə olacağıq. Media fitnəsi, qlobal imperializm bizi heç vaxt bir-birimizdən ayıra bilməyəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .