1 yanvar 2025 at 22:04
Jurnalist kodu: 5561
Xəbər kodu: 85707846
T T
0 Persons
Xarici İşlər Nazirliyi bütün qonşularla əsas mehriban qonşuluq siyasətini vurğulayır

Tehran - İRNA - Xarici İşlər nazirinin köməkçisi və XİN-nin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu İran İslam Respublikasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılması xəbərini təsdiqləyərək deyib: “İran İslam Respublikasının əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan Respublikası ilə dostluq əlaqələrini genişləndirməkdir.”

Müctəba Dəmirçilu İran İslam Respublikasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı yayılmış xəbərlə dair İRNA müxbirinin sualına cavablandırarkən, bu xəbəri təsdiqləyərək deyib: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .