2 yanvar 2025 at 10:16
Jurnalist kodu: 5564
Xəbər kodu: 85708098
T T
0 Persons
İslami Cihad hərəkatı Əl-Cəzirə kanalının fəaliyyətinin dayandırılmasını pisləyib

Tehran - İRNA - İslami Cihad hərəkatı Fələstin Muxtariyyətinin Əl-Cəzirə telekanalının Fələstindəki ofisini bağlamaq hərəkətini pisləyib və hazırkı həssas şəraitdə bunu qeyri-münasib addım hesab edib.

Bu hərəkat bildirib: Xalqın və Fələstin məsələsinin öz ağrı və əzablarını dünyaya çatdırmaq üçün səsə ehtiyacı olduğu bir şəraitdə siyasi bəhanələrə əsaslanan bu hərəkət heç bir şəkildə Fələstinin xeyrinə deyil.

İslami Cihad hərəkatı həmçinin Fələstin Muxtariyyətindən bu qərara yenidən baxılmasını tələb edib və bu təşkilatdan Fələstin və onun millətinin davasına dəstək verən Əl-Cəzirə kanalı da daxil olmaqla media qruplarının fəaliyyəti üçün bütün lazımi imkan və güzəştlərin təmin edilməsini istəyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .