HƏMAS işğalçı rejimin fələstinli qaçqınların çadırlarına hücumlarına reaksiya olaraq bu gün yaydığı bəyanatda, İslam ümmətini və dünyanın bütün azad insanlarını sionist düşmənin qırğın və cinayətlərini dayandırmaq və Fələstin xalqı ilə həmrəyliyi artırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Bəyanatda bildirilir: “Qəzzə zolağının müxtəlif ərazilərində işğalçıların təcavüzünün güclənməsi, Xan Yunisin Məvasi bölgəsində məcburi köçkünlərin çadırlarının hədəfə alınması, ilkin statistikaya görə, əllidən çox insanın şəhid olması ilə nəticələnən Cəbaliya, Qəzzə və Deyr əl-Bəlahda sakinlərin və qaçqınların evlərinin bombalanması müdafiəsiz dinc əhaliyə qarşı soyqırım müharibəsində işğalçı rejimin faşist təcavüzünün davam etdirilməsi beynəlxalq və humanitar qanunların misli görünməmiş şəkildə pozulmasıdır.”
Sizin rəyiniz