SEPAH Quru Qüvvələrinin ixtisaslaşdırılmış bölmələrinin iştirakı ilə ölkənin qərb bölgəsində keçiriləcək bu təlimdə sürətli cavab əməliyyatı ssenariləri də həyata keçirilir və təlim zonasına qüvvə və vasitələrin sürətlə ötürülməsi bu tip əməliyyatların tərkib hissələrindən biridir.
SEPAH Quru Qoşunlarının Nəcəf Əşrəf Regional Bazasının komandiri general-mayor Əzimi “Böyük Peyğəmbər-19” iqtidar təlimi haqqında deyib: SEPAH Quru Qoşunlarının “Böyük Peyğəmbər” təlimləri silsiləsinin birinci mərhələsi Kirmanşahın Oramanat bölgəsində başlayıb.
Bu təlimin birinci hissəsi SEPAH-ın xüsusi təyinatlı dəstəsinin hava nəqliyyatı ilə Gilandan köçürülməsi olub. Yeni texnikanın istifadəsi və bölgə bəsicilərinin əməkdaşlığı növbəti planlar sırasındadır.
Sizin rəyiniz