4 yanvar 2025 at 23:49
Jurnalist kodu: 5561
Xəbər kodu: 85710417
T T
1 Persons
Şeyx Nəim Qasim: General Süleymani intellektual, siyasi və cihadçı səviyyələrdə strateji komandir idi

Tehran - İRNA - Livan Hizbullah Hərəkatının baş katibi general Hacı Qasim Süleymaninin intellektual, siyasi və cihadçı səviyyələrdə strateji komandir olduğunu vurğulayıb.

Şeyx Nəim Qasim general Hacı Qasım Süleymani və Hacı Əbu Məhdi əl-Mühəndisin şəhadətinin beşinci ildönümü münasibətilə etdiyi çıxışında SEPAH Qüds Qüvvələrinin keçmiş komandirini intellektual, siyasi və cihad baxımından strateji komandir hesab edərək deyib: “Şəhid Süleymani xalis Məhəmmədi İslamın orijinallığının və İmam Xomeyni (r) və İmam Xamenei (Allah onun ömrünü uzun etsin) məktəbinin yetirməsidir.”

“Şəhid Süleymani Amerikanın İraq və Əfqanıstanda məkrli planlarını aşkar etmişdi və müqavimət qüvvələrini Fələstinin xeyrinə birləşdirirdi” - deyə, o, əlavə edib.

Şeyx Nəim Qasim deyib: “Əvla əl-Bas döyüşündə baş verənlər İsrailin Livandakı ümid və arzularını puça çıxardı. Suriyada baş verənlərin eynisi Livanda da baş verə bilərdi. Mən Suriya xalqının gələcəkdə İsraillə qarşıdurmada rol oynayacağına inanıram.”

Hizbullahın baş katibi deyib: “Torpağı azad etmək, suverenliyi dəstəkləmək və Fələstinə kömək etmək üçün müqavimət bizim seçimimizdir. İşğalçı rejimin ekspansionizminə qarşı durmaq da bizim haqqımızdır. Müqavimətin vaxtını, necəliyini və üsullarını, istifadə olunacaq silahları müqavimətin rəhbərliyi müəyyənləşdirir.”

Şeyx Nəim Qasim deyib: “Müqavimətin hərəkəti üçün nə razılaşmada (atəşkəsdə), nə də 60 gündən sonra yerinə yetirilməsinə təyinedici qrafik yoxdur. Səbrimiz düzgün zamanla bağlı qərarımızdan asılıdır. Müqavimət rəhbərliyi nə vaxt gözləmək, nə vaxt hərəkət etmək və nə vaxt cavab vermək lazım olduğuna qərar verir. Müşahidəçilərin əməkdaşlığı ilə razılaşmanın icrasını izləmək hökumətin vəzifəsidir və müqavimət güclüdür, imkanları var.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .